Sabah Balakəndə II Beynəlxalq xurma festivalı keçiriləcək » Qaynar xəbərlərin tək ünvanı

» » Sabah Balakəndə II Beynəlxalq xurma festivalı keçiriləcək

Sabah Balakəndə II Beynəlxalq xurma festivalı keçiriləcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sabah Balakəndə II Beynəlxalq xurma festivalı keçiriləcək

 Balakən, 26 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC


Oktyabrın 27-28-də Balakən rayonunda II Beynəlxalq xurma festivalı keçiriləcək.


Festivalda Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və digər qonaqlar iştirak edəcəklər.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Balakən şəhərində festivala son hazırlıq işləri görülür. Tədbirlərin keçiriləcəyi məkanlar hazır vəziyyətə gətirilib, şəhərin müxtəlif guşələrində, park və meydanlarda festivalla bağlı reklam lövhələri qoyulub.


Festivala hazırlıq işləri üzrə təşkilat komitəsinin üzvü, rayon icra hakimiyyəti başçısının müavini Mehbarə Nuriyeva AZƏRTAC-a bildirib ki, festival çərçivəsində oktyabrın 27-də Balakən şəhərində "Xurmanın əhəmiyyəti və ölkə iqtisadiyyatında rolu” mövzusunda konfrans keçiriləcək.


Rəsmi açılış mərasimi oktyabrın 28-də Balakən şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında reallaşacaq.


Festivala dəvət olunan qonaqlar əvvəlcə Ulu Öndərin parkda, dağüstü yüksəklikdə ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirəcəklər.


Sonra qonaqlar parkın ərazisində xurma ağacları əkəcək, xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxacaq, rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgiləri ilə tanış olacaqlar. Parkda, həmçinin xurma məhsullarının – bəkməz və müxtəlif şirniyyatların, tətbiqi sənət nümunələrinin satış yarmarkası təşkil olunacaq, xurmaya aid ekspozisiyalar sərgilənəcək, yerli folklor kollektivləri və idmançılar çıxış edəcəklər.


Festival iştirakçıları "Balxurma” Məhdud Məsuliyyətli Cəmiyyətinin rayonun Katex kəndində yerləşən meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsinə baş çəkəcək, istehsal prosesi ilə də tanış olacaqlar.


II Beynəlxalq xurma festivalı respublika incəsənət ustalarının konsert proqramı ilə başa çatacaq.

 

Sabah Balakəndə II Beynəlxalq xurma festivalı keçiriləcək

 

Sabah Balakəndə II Beynəlxalq xurma festivalı keçiriləcək

 



Paylaş:


Müəllif : Baxış :
7232
Tarix:
26-10-2018, 16:37
  


loading...