Telefonların qeydə alınması üçün yeni rüsumlar - 150 manat » Qaynar xəbərlərin tək ünvanı Telefonların qeydə alınması üçün yeni rüsumlar - 150 manat » Qaynar xəbərlərin tək ünvanı

» » Telefonların qeydə alınması üçün yeni rüsumlar - 150 manat

Telefonların qeydə alınması üçün yeni rüsumlar - 150 manat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Telefonların qeydə alınması üçün yeni rüsumlar - 150 manat

 Baş nazir Novruz Məmmədov "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar verib.


Modern.az mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğlərini təqdim edir:

1. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

2.2. Bu aktın 2.1-ci bəndi mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunur. Bazar qiyməti 100 ABŞ dollarından çox olan bu aktın 2.1-ci bəndində qeyd olunan mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu bu aktın 2.4.2 – 2.4.6-cı yarımbəndlərində nəzərdə tutulmuş qaydada müəyyən edilir.

2.3. Qeydiyyat üçün müraciət olunan tarixə bu aktın 1.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

2.4. Bu normativ hüquqi aktın 2.1-ci bəndində qeyd olunan mobil cihazlar istisna olmaqla, digər mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərin manat ekvivalentində müəyyən edilir:

2.4.1. bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;

2.4.2. bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat;

2.4.3. bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda –60 manat;

2.4.4. bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda –70 manat;

2.4.5. bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat;

2.4.6. bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat.

Qeyd. Bu normativ hüquqi aktda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Paylaş:


Müəllif : Baxış :
17032
Tarix:
2-08-2018, 16:36
  


loading...