Balakənin də «üzü güldü» - QIZIL YATAĞI TAPILIB » Qaynar xəbərlərin tək ünvanı

» » Balakənin də «üzü güldü» - QIZIL YATAĞI TAPILIB

Balakənin də «üzü güldü» - QIZIL YATAĞI TAPILIB


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Balakənin də «üzü güldü» - QIZIL YATAĞI TAPILIB

 Balakən rayonundakı qızıl-gümüş yataqları Azərbaycana 3 milyard manat gəlir gətirəcək. FED.az xəbər verir ki, bu barədə "AzerGold” QSC-nin sədri Zakir İbrahimov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib.


Onun sözlərinə görə, Balakən rayonu ərazisində yerləşən Filizçay polimetal yatağı mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malikdir: «Hazırda həmin yataq üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır. Hesabatın cari ilin sonuna hazır olması və növbəti addım kimi metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması, sosial və ətraf mühitə təsirin qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması təşkil ediləcəkdir». Z.Bayrımov bildirib ki, Filizçay yatağının ən azı 12 illik istismarı nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə üç milyard manata yaxın vəsaitin daxil olması və 2000-dən artıq iş yerinin açılması gözlənilir. Bundan başqa, Balakən rayonu ərazisində yerləşən Mazımçay yatağında ehtiyatların təsdiqi məqsədi ilə də buruq-qazma işləri aparılır.

Paylaş:


Müəllif : Baxış :
15032
Tarix:
10-07-2018, 19:35
  


loading...

Oxşar Xəbərlər