Zaqatalada yol qəzasında 4 nəfər xəsarət alıb » Qaynar xəbərlərin tək ünvanı

» » Zaqatalada yol qəzasında 4 nəfər xəsarət alıb

Zaqatalada yol qəzasında 4 nəfər xəsarət alıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Zaqatalada yol qəzasında 4 nəfər xəsarət alıb

 Zaqatalada baş verən yol qəzasında 4 nəfər xəsarət alıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında Balakən rayonu Gərəkli kənd sakini 1986-cı il təvəllüdlü Teymur Şəmsəddin oğlu Xipiyev idarə etdiyi "Merсedes” markalı 90 LG 494 dövlət nömrə nişanlı minik avtomobili ilə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Zaqatala rayonun ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.


Qəzadan sonra sürücü Teymur Xipiyev, onun sərnişinləri Balakən rayon sakinləri 1977-ci il təvəllüdlü Novruz Yusif oğlu Əlirzayev, 1985-ci il təvəllüdlü Sərxan Nadir oğlu Mirzəyev və 1971-ci il təvəllüdlü İlyas Teymur oğlu Şirinov alıdıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. MRX-dan APA-ya bildirilib ki, yaralılardan İlyas Şirinovun müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirlir. Digər yaralıların vəziyyəti yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.


Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. 


Paylaş:


Müəllif : Baxış :
9732
Tarix:
2-07-2018, 08:20
  


loading...