Milli Qəhrəmanımızın şəhid olmasından 26 il ötür - ANIM » Qaynar xəbərlərin tək ünvanı

» » Milli Qəhrəmanımızın şəhid olmasından 26 il ötür - ANIM

Milli Qəhrəmanımızın şəhid olmasından 26 il ötür - ANIM


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Milli Qəhrəmanımızın şəhid olmasından 26 il ötür - ANIM

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin şəhid olmasından 26 il ötür.


Xalq şairi Xəlil Rza Ulutürkün oğlu olan Təbriz Xəilbəyli 1964-cü il 12 fevralda Bakıda anadan olub. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və təhsilini qiyabi davam etdirərək, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işıqçı işləyib. 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb.

 

O, Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərib. Döyüş şücaətinə görə Daxili İşlər Nazirliyinin "Boz qurd" mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar günü Təbriz Xəlilbəylinin son döyüşü olub və o, qəhrəmancasına şəhid olub.


Təbriz Xəlilbəyli ailəli idi və iki qızı yadigar qalıb. Şəhidlər Xiyabanında dəfn edilən Təbriz Xəlilbəylinin adı Bakı şəhərindəki küçələrdən birinə verilib.


Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.


Paylaş:


Müəllif : Baxış :
47532
Tarix:
31-01-2018, 10:34
  


loading...