Xatirə boşanması xəbərindən danışdı: "Kim arzu edər ki, ailəsi dağılsın?" » Qaynar xəbərlərin tək ünvanı

» » Xatirə boşanması xəbərindən danışdı: "Kim arzu edər ki, ailəsi dağılsın?"

Xatirə boşanması xəbərindən danışdı: "Kim arzu edər ki, ailəsi dağılsın?"


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Xatirə boşanması xəbərindən danışdı: "Kim arzu edər ki, ailəsi dağılsın?"

Müğənni Xatirə İslam boşanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.


Aymobi.com qafqazinfo.az-a istinadən xəbər verir ki, Xatirə həyat yoldaşı Fəxrəddin Musayevlə ayrılmasını təkzib edib:


"Boşansam, birinci qeydiyyatda olduğum rayonun məhkəməsi bilər. Bu da avtomatik olaraq rəsmi şəkildə mediada yayılar. Kim arzu edər ki, onun ailəsi dağılsın? Boşanma xəbərində dekabr ayında verdiyim açıqlamaya istinad ediblər. Demişəm ki, "Bir neçə arzum reallaşdı. Nə olduğunu açıqlamayacam. Mənə və ailəmə aid idi. Arzularımın reallaşması məni sevindirdi”. Bu mövzudan danışarkən başqa şey nəzərdə tutmuşdum. Ailəmin dağılmasını necə arzu edə bilərəm?


Nə qədər pis adam ola bilərəm ki, bu fikirdə olub belə açıqlama verim? Əgər tamaşaçı bu açıqlamanı pis tərəfə yozursa, çox təəssüf edirəm. Tamaşaçı yazıq nə etsin? Media belə yazır. İkinci tərəfdən boşansam çıxıb efirdə də deyərəm. Burda nə var ki, bir daha

deyirəm ayrılmamışam, ərim evdədir".

Xatirə son zamanlar İnstaqramda həyat yoldaşı ilə şəkillərinin paylaşmamasına da aydınlıq gətirib:


"Bir müddətdir fotolar paylaşmıram, ona görə xəbər yazıblar ki, ərimlə boşanmışam? Bu nə düşüncədir? Deməli, camaat belə düşünməsin deyə hər gün həyat yoldaşımla şəkil paylaşmalıyam? Təsəvvür edin ki, yazırlar ki, axırıncı şəkli noyabr ayında qoyub və belə nəticə çıxır ki, ayrılıblar. İndi mən nə edim, hər ay onlara hesabat verməliyəm? Mən heç kəsə hesabat vermirəm.


Verilişdə də demişdim ki, ailə ilə bağlı yox, mənimlə bağlı sual verin. Bunun da səbəbi var. Çünki bir müddət əvvəl qardaşımla bağlı açıqlamam müzakirələrə səbəb olmuşdu. Buna görə müxbirə iradımı bildirdim ki, özümlə bağlı danışaq”.


Sənətçi ötən gün keçirilən ad günü məclisində həyat yoldaşının olmamasının səbəbini də deyib:


"Ötən gün ad günü keçirməmişəm. Dostlarım mənə sürpriz edib, saat 6-ya kimi xəbərim yox idi. Zəng etdilər ki, yer ayırmışıq, sənə ad günü edirik. Paltarım belə yox idi, tələsik hazırlaşıb ora getdim”.


Qeyd edək ki, boşanmaq barədə xəbəri ilk dəfə minval.info yayıb.


Paylaş:


Müəllif : Baxış :
19432
Tarix:
30-01-2018, 14:46
  


loading...

Oxşar Xəbərlər