"Müştəriləri aldadır" ittihamına İrşad Electronics-dən CAVAB » Qaynar xəbərlərin tək ünvanı

» » "Müştəriləri aldadır" ittihamına İrşad Electronics-dən CAVAB

"Müştəriləri aldadır" ittihamına İrşad Electronics-dən CAVAB


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Telefonu qaytarmaq və ya dəyişmək istəyən müştəriyə şirkət olaraq qanunun tələblərinə uyğun xidmət göstərilir. Əgər məhsul zədələnməyibsə, onun qanunverilcilikdə göstərilən müddətdə dəyişidrilməsinə və ya qaytarılmasında heç bir probem ola bilməz.


Aymobi.com bildirir ki, Humay Fərzəliyeva adlı müştərinin telefonu qaytaran zaman qarşılaşdığı problemlərdə dolayı səsləndirdiyi fikirlərə cavab olaraq "İrşad Electronics"in marketinq şöbəsinin müdiri Elnur Kərimov pressclub.az-a belə deyib. Onun sözlərinə görə, müştərinin şikayəti araşdırılıb və məhsulun qaytarılmamasına qərara verilib. Səbəb isə telefonun zədələnməsi olub.


"Humay Fərzəliyeva adlı müştərinin şirkətinə aldığı mobil telefon "Alkatel Pixi 4″ modelinin dəyişdirilməsi ilə əlaqədar müraciəti şirkətin daxili nəzarət şöbəsi tərəfindən araşdırıraraq aşkar olunmuş nöqsanlar nəticəsində mobil telefonun qaytarılması və ya dəyişdirilməsi mümkün olmamışdır.


Belə ki, mövcud qanunvericiliyə uyğun olaraq məhsulun geri qaytarılması və ya dəyişdirilməsi qaydası 14 gün ərzində, məhsulun əmtəə görünüşü pozulmayıbsa və mal işlədilməyibsə müştərinin istəyi ilə qaytarıla və başqa mobil ilə dəyişdirilə bilər.

Lakin Xalqlar filialının menecer, məhsulu təhvil verən satıcının izahatına və kamera görüntülərinə əsaslanaraq bildirirəm ki, müştəri Humay xanım aldığı mobil cihazın işlək vəziyyətdə, heç bir zədəsi olmadığını yoxlayaraq zəmanət talonun şərtlərini oxuyub qəbul etmişdir.


Müraciət zamanı isə mobil cihazın üzərində zədə aşkarlanaraq dəyişdirilməsi mümkün olmamışdır".


E.Kərimov vurğulayıb ki, İrşad Electronics şirkəti bügünkü gün müştəri məmnunluğu üçün bütün imkanlarını maksimum istifadə edir və bazarda böyük paya sahib olan şirkətdir:


Bakı şəhəri və regionlarda hal hazırda 26 mağazamız fəaliyyət göstərir. Əldə etdiyimiz uğurlar böyük müştəri kütləsinin bizə göstərdiyi etimadıdır ki, onu da biz hər zaman dəyərləndiririk".


Paylaş:


Müəllif : Baxış :
18932
Tarix:
30-01-2018, 14:41
  


loading...