Magistrlar üçün müsabiqə - 1500 manat mükafat » Qaynar xəbərlərin tək ünvanı

» » Magistrlar üçün müsabiqə - 1500 manat mükafat

Magistrlar üçün müsabiqə - 1500 manat mükafat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Azərbaycan Milli Elmlər Akademiyası "Magistr-2018” müsabiqəsi keçiriləcək.


Məlumata görə, bununla bağlı akademik Akif Əlizadənin müvafiq sərəncam imzalayıb. Müsabiqə bu ilin may-iyun aylarında keçiriləcək.


Müsabiqənin keçirilməsində əsas məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.


Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan tələbələr iştirak edə bilərlər. Yekunda ən yüksək nəticə göstərmiş üç magistrant mükafatlandırılacaq. Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:


I yer – 1500 manat;


II yer – 1000 manat;


III yer – 500 manat.


Qeyd edək ki, sənəd qəbulu müsabiqənin başlaması və şərtləri haqqında elan dərc edildikdən sonra həyata keçiriləcək.


Paylaş:


Müəllif : Baxış :
22732
Tarix:
30-01-2018, 13:17
  


loading...