Doqquz min il əvvəl yaşayan qızın üzü belə olub - FOTO » Qaynar xəbərlərin tək ünvanı

» » Doqquz min il əvvəl yaşayan qızın üzü belə olub - FOTO

Doqquz min il əvvəl yaşayan qızın üzü belə olub - FOTO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Doqquz min il əvvəl yaşayan qızın üzü belə olub - FOTO

Afina universitetinin alimləri təxminən doqquz min il əvvəl yaşamış qızın üzünü yenidən yaradıblar.


Aymobi.com bildirir ki, bu haqda "National Geographic” nəşri bildirib.


Qızın üzünün yaradılmasında endokrinoloq, ortoped, nevropatoloq, patoloqoanatom və rentgenoloq iştirak ediblər. Alimlər riyazi alqoritmlərdən istifadə edərək kompüter tomoqrafiyası əsasında və 3D printerin köməyi ilə qızın kəlləsini, daha sonra isə onun üzünü yenidən yaradıblar.


Qızın yaşı dişlərinə görə müəyyən edilib. Onun təxminən 18 yaşı var idi. Qızın ölümünün səbəbini aydınlaşdırmaq mümkün olmayıb.


Radiokarbon analizinin nəticəsində məlum olub ki, qız mezolit dövrünün sonunda yaşayırdı. Buna görə də arxeoloqlar ona "Avqi” adını veriblər. "Avqi” kəlləsi mərkəzi Yunanıstanda yerləşən Teopetra mağarasında 1993-cü ildə tapılıb.

Doqquz min il əvvəl yaşayan qızın üzü belə olub - FOTO


Paylaş:


Müəllif : Baxış :
19632
Tarix:
29-01-2018, 13:42
  


loading...

Oxşar Xəbərlər