Rafael Ağayev qızıl medalı son anda əldən verdi » Qaynar xəbərlərin tək ünvanı

» » Rafael Ağayev qızıl medalı son anda əldən verdi

Rafael Ağayev qızıl medalı son anda əldən verdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Rafael Ağayev qızıl medalı son anda əldən verdi

Azərbaycanın məşhur karateçisi qızıl medalı son anda əldən verib.


Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, milli komandanın lideri Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Premyer Liqa turnirində ikinci yeri tutub. Dünya şöhrətli karateçimiz yaponiyalı idmançı Ken Nişimura ilə həlledici görüşün son saniyələrində qələbəni əldən verib.


Yeni qaydalara əsasən medal yalnız yarışın qaliblərinə təqdim olunub. Görüşlərini qələbə ilə başa vuran idmançılarımız dünya reytinq cədvəlində xallarını artırıblar. "Kiçik dünya çempionatı” adlandırılan Paris Premyer Liqasında 81 ökədən 756 idmançı mübaizə aparıb.


Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə yeddi yarışlıq nüfuzlu Premyer Liqa seriyasından növbəti turnir 16-18 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.


Yanvarın 30-da Bakıya qayıdacaq Azərbaycan karateçiləri yarışa hazırlıqlarını davam etdirəcəklər.


Paylaş:


Müəllif : Baxış :
18232
Tarix:
29-01-2018, 13:14
  


loading...