Bakıda "Kamaz"aşdı - içindəki yük dağıldı » Qaynar xəbərlərin tək ünvanı

» » Bakıda "Kamaz"aşdı - içindəki yük dağıldı

Bakıda "Kamaz"aşdı - içindəki yük dağıldı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakıda "Kamaz"aşdı - içindəki yük dağıldı

Nobel prospektinin paytaxtı Xətai rayonu ərazisinə düşən hissəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Aymobi.com xəbər verir ki, qəzaya "VAZ" markalı minik avtomobilinin qəfil əyləci basması səbəb olub.


Bu zaman arxadan gələn "66-BE-189" dövlət qeydiyyat nişanlı "Kamaz" markalı yük maşınının sürücüsü qəza törətməmək üçün sükanı sağ tərəfə döndərib. Nəticədə maşın aşıb. Onun yük hissəsində olan qum prospektə və yaxınlıqdan keçən dəmiryolu relslərinin üzərinə dağılıb. Ərazidən keçənlərin köməkliyi ilə relslər qumdan təmizlənib.


"Kamaz"ın 1967-ci il təvəllüdlü sürücüsü İsgəndərov Rasim Şəmsəddin oğlu bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Qəzanın baş verdiyi əraziyə Xətai Rayon Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Yol-nəqliyyat hadisəsinin dəqiq səbəbləri araşdırılır.


Paylaş:


Müəllif : Baxış :
22132
Tarix:
29-01-2018, 10:15
  


loading...