Tovuzda mikroavtobus aşıb, xəsarət alanlar var » Qaynar xəbərlərin tək ünvanı

» » Tovuzda mikroavtobus aşıb, xəsarət alanlar var

Tovuzda mikroavtobus aşıb, xəsarət alanlar var


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Tovuz – Gədəbəy avtomoibl yolunda üç nəfərin xəsaərt alması ilə nəticələnən yol qəzası baş verib. 

 

Aymobi.com apa-ya istinadən xəbər verir ki, hadisə Gədəbəyin Şamlıq kəndi ərazisində baş verib.


Hərəkətdə olan mikroavtobusun idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində üç nəfər xəsarət alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onlar Goranboy rayon sakinləri  1951-ci il təvəllüdlü Əliyev Səmayə Dünyamalı qızı, 1967-ci il təvəllüdlü Qasımova Ceyran Mədət qızı və 1999-cı il təvəllüdlü Verdiyeva Zinət Halay qızıdır. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.


Qəzaya qarlı hava şəraitinin səbəb olduğu bildirilir. Məlumata görə, qəzaya düşənlər Gədəbəyə toya gedirmiş.


Faktla bağlı araşdırma aparılır.`            


Paylaş:


Müəllif : Baxış :
14432
Tarix:
27-01-2018, 15:22
  


loading...