Rafael Ağayev finala yüksəlib - FOTO » Qaynar xəbərlərin tək ünvanı

» » Rafael Ağayev finala yüksəlib - FOTO

Rafael Ağayev finala yüksəlib - FOTO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Rafael Ağayev finala yüksəlib - FOTO

Karate üzrə Azərbaycan milli komandasının lideri Rafael Ağayev (75 kq) Parisdə "Karate -1 Premyer Liqa” turnirinin finalına yüksəlib.


Aymobi.com azərtac-a istinadən xəbər verir ki, həlledici görüşədək beş rəqibini məğlub edib. R.Ağayevin İran milli komandasının üzvü Bəhmən Əsgəri ilə döyüşü günün ən baxımlı qarşılaşmasından biri olub.

 

Hesabda iki dəfə geri düşən Rafael Ağayev qələbəni son saniyələrdə ustalığı nəticəsində qazanıb. Dünya şöhrətli karateçimizi finalda yaponiyalı Ken Nişimura ilə daha bir dramatik görüş gözləyir.


Milli komandanın digər titullu üzvü Niyazi Əliyev (67 kq) təsəlliverici görüşlərə qatılsa da, medal qazana bilməyib. Bu gün medal uğrunda görüşlərin digər iştirakçıları məlum olacaq. Həlledici döyüşlər bazar gününə təyin edilib.


Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirində 81 ölkədən 756 idmançı mübarizə aparır.

Rafael Ağayev finala yüksəlib - FOTORafael Ağayev finala yüksəlib - FOTO



Paylaş:


Müəllif : Baxış :
19832
Tarix:
27-01-2018, 14:41
  


loading...