Sakit okeanda göyərtəsində 50 nəfər olan bərə yoxa çıxıb » Qaynar xəbərlərin tək ünvanı

» » Sakit okeanda göyərtəsində 50 nəfər olan bərə yoxa çıxıb

Sakit okeanda göyərtəsində 50 nəfər olan bərə yoxa çıxıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sakit okeanda göyərtəsində 50 nəfər olan bərə yoxa çıxıb

Kiribati Respublikasının balıqçıları, həmçinin Fici və Yeni Zelandiya xilasediciləri azı bir həftə bundan əvvəl Sakit okean sularında yoxa çıxan bərəni axtarırlar.


Aymobi.com TASS informasiya agentliyinə istinadən xəbər verir ki, kiçik bərənin göyərtəsində 50-yə yaxın insan olub. Yanvarın 18-də Nonouti adasından çıxan katamaran iki gündən sonra 280 kilometr məsafədə yerləşən Tarava adasına çatmalı idi. Bərənin itməsi yalnız bir neçə gündən sonra məlum olub.


Hazırda Ficidən gələn bir neçə gəmi və Zelandiyanın göndərdiyi "P-3K2 Orion” patrul təyyarəsi Kiribati akvatoriyasında axtarışlara qoşulub.


Sakit okeanın cənub-qərbində yerləşən Kiribati Respublikasının tərkibinə 20-si kimsəsiz olan 33 kiçik atol (rif) daxildir. Onun sahilyanı iqtisadi zonasının ümumi sahəsi 3,5 milyon kvadratkilometr, əhalisi isə 100 min nəfərə yaxındır. Əhalinin yarıdan çoxu ən iri atol olan Tarava adasında yaşayır.


Paylaş:


Müəllif : Baxış :
18132
Tarix:
27-01-2018, 13:17
  


loading...