Rusiya ilə NATO arasında hər an başlaya biləcək nüvə müharibəsi » Qaynar xəbərlərin tək ünvanı

» » Rusiya ilə NATO arasında hər an başlaya biləcək nüvə müharibəsi

Rusiya ilə NATO arasında hər an başlaya biləcək nüvə müharibəsi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Rusiya ilə NATO arasında hər an başlaya biləcək nüvə müharibəsi

Rusiya ilə NATO arasında başlaya biləcək hər hansı bir müharibə nüvə savaşına çevriləcək.


Aymobi.com bildirir ki, bu barədə Amerikada fəaliyyət göstərən "The National Interest" dərgisi məqalə yayımlayıb.


Məqalədə qeyd edilib ki, münaqişədə, özəlliklə NATO-nun üstünlük qazanması nüvə müharibəsinin başlıca səbəbi olacaq. SSRİ dövründə nüvə strategiyasının sadəcə qarşı tərəfin nüvə silahından istifadə etməsindən sonra tətbiqi nəzərdə tutulurdu. Lakin Rusiya bu strategiyanı 2000-ci ildə dəyişərək ordusunun məğlubiyyətindən sonra nüvə planına keçid haqqında doktrina imzalayıb. 2010-cu ildə qəbul edilən başqa bir hərbi doktrinada isə dövlətin varlığına təhlükə olan vəziyyətlərdə nüvə silahının istifadəsi tövsiyə edilib.


Məqalədə qeyd edilib ki, Rusiya Baltik ölkələrinə hücuma keçsə, NATO dərhal qarşılıq verəcək. Rusiya ordusunun sadəcə bir qisminin yaxşı silahlarla təchiz edilməsi NATO-ya cavab reaksiyasını təmin edə bilməyəcək və buna görə Rusiya nüvə silahından istifadə edəcək.


Müxtəlif təxminlərə görə, hazırda Rusiya strateji məqsədli olmayan 1000-4000 arasında nüvə silahına sahibdir.


Paylaş:


Müəllif : Baxış :
19632
Tarix:
27-01-2018, 12:55
  


loading...