İnternetdə tanış olduğu Mayanın evinə basqın təşkil etdi – Yasamalda kino kimi HADİSƏ » Qaynar xəbərlərin tək ünvanı

» » İnternetdə tanış olduğu Mayanın evinə basqın təşkil etdi – Yasamalda kino kimi HADİSƏ

İnternetdə tanış olduğu Mayanın evinə basqın təşkil etdi – Yasamalda kino kimi HADİSƏ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Yanvarın 25-də axşam saatlarında DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub.


Aymobi.com bildirir ki, bu barədə unikal.org-a DİN-in mətbuat xidmətindən məlumat verilib.


Dərhal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.


Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini M.Məmmədov olması, internet vasitəsi ilə tanış olduğu Maya adlı qadınla saat 21 radələrində birlikdə həmin evə gəldikləri, bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan 3 maskalı şəxsin onun əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyməsi, cibindəki 150 manatı və mobil telefonunu da götürərək, Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayaraq getmələri məlum olub.


Bundan sonra M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb. Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən 4 nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.


Görülmüş tədbirlərlə onlardan biri – paytaxt sakini Orxan Hüseynov "isti izlər”lə saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb. Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Paylaş:


Müəllif : Baxış :
20532
Tarix:
27-01-2018, 12:21
  


loading...