Bakıda partlayış: yaralılar var - FOTO - YENİLƏNDİ » Qaynar xəbərlərin tək ünvanı

» » Bakıda partlayış: yaralılar var - FOTO - YENİLƏNDİ

Bakıda partlayış: yaralılar var - FOTO - YENİLƏNDİ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakıda partlayış: yaralılar var - FOTO - YENİLƏNDİ

Bakının mərkəzində, metronun "28 may" stansiyasının yaxınlığında partlayış baş verib.

 

Aymobi.com report-a istinadən xəbər verir ki, hadisə "Ofisait" mağazasının yanındakı obyektdə baş verib.


Partlayış zamanı bir nəfər yanıq xəsarətləri alıb. Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.


***


Hadisə yerinə gəlmiş "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib.


O bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Onun sözlərinə görə, MTK-nın qaz xəttinə toxunma olub:


"Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir".


"Azəriqaz" rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.


R.Əliyev hadisə nəticəsində ölənlərin olmadığını, bir nəfərin xəsarət aldığını bildirib. Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada qaz sızması nəticəsində qəza olub.


Məlumata görə, qəza səhər saatlarında baş verib. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları var.


Ərazidə nəzarət apara polisin sözlərinə görə, qaz sızması nəticəsində 2 nəfər xəsarət alıb.

Bakıda partlayış: yaralılar var - FOTO - YENİLƏNDİ

Bakıda partlayış: yaralılar var - FOTO - YENİLƏNDİ

 Bakıda partlayış: yaralılar var - FOTO - YENİLƏNDİ


Paylaş:


Müəllif : Baxış :
21232
Tarix:
27-01-2018, 10:50
  


loading...