Bakıda polisə müqavimət göstərən silahlı şəxs öldürüldü (RƏSMİ) » Qaynar xəbərlərin tək ünvanı

» » Bakıda polisə müqavimət göstərən silahlı şəxs öldürüldü (RƏSMİ)

Bakıda polisə müqavimət göstərən silahlı şəxs öldürüldü (RƏSMİ)


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakıda polisə müqavimət göstərən silahlı şəxs öldürüldü (RƏSMİ)

Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.


Aymobi.com qaynarinfo-ya istinadən xəbər verir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş, 26 yaşlı Osman Abdullayevi odlu silahla qətlə yetirdiyinə görə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 24 yaşlı Həsən Məşədiyevin Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində gizləndiyi yer müəyyən edilib.


Onun tutulması məqsədilə əməliyyat tədbiri keçirilərkən H.Məşədiyev polis əməkdaşlarına silahlı müqavimət göstərdiyinə görə öldürülüb.


Faktla bağlı istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Paylaş:


Müəllif : Baxış :
15632
Tarix:
26-01-2018, 17:02
  


loading...