Smartfonlar yeniyetmələri “bədbəxt” edir -ARAŞDIRMA » Qaynar xəbərlərin tək ünvanı

» » Smartfonlar yeniyetmələri “bədbəxt” edir -ARAŞDIRMA

Smartfonlar yeniyetmələri “bədbəxt” edir -ARAŞDIRMA


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Smartfonlar yeniyetmələri “bədbəxt” edir -ARAŞDIRMA

San-Dieqo və Corciya Universitetlərinin alimləri yaşı 13-18 arası təxminən milyona yaxın məktəblinin iştirak etdiyi tədqiqatın nəticələrini araşdırıblar.


Tədqiqatçıların fikrincə telefon və kompüter oyunlarına çox zaman ayıran yeniyetmələr digərlərinə nisbətən özlərini daha az xoşbəxt hiss edirlər.


Araşdırmaların nəticəsində iştirakçılar arasında ən xoşbəxt yeniyetmələrin gün ərzində smartfonlara bir saatdan daha az zaman ayıranların olduğu aşkarlanıb.


Tədqiqatlar onu da göstərib ki, bu növ elektron cihazlardan ən çox istifadə edənlər ABŞ yeniyetmələridir. Araşdırmalarda iştirak edən, 2000-ci ildən sonra doğulanların uşaqlığı 1990-cı illərə təsadüf edənlərə nisbətən həyatdan daha az həzz aldıqları məlum olub.


Alimlər onu da bildiriblər ki, bu hal 2012-ci ildən sonra dünyaya gələnlər arasında da çox yayğındır.


Alimlərin fikrincə yeniyetmələrin ekran qarşısında iki saatdan daha az zaman keçirmələri onlarda xoşbəxtlik hissinin artaraq normallaşmasına kömək ola bilər.


Paylaş:


Müəllif : Baxış :
15832
Tarix:
26-01-2018, 15:28
  


loading...