İntiharların sirləri elmin alt qatında gizlənir – Psixoloji araşdırma » Qaynar xəbərlərin tək ünvanı

» » İntiharların sirləri elmin alt qatında gizlənir – Psixoloji araşdırma

İntiharların sirləri elmin alt qatında gizlənir – Psixoloji araşdırma


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

İntiharların sirləri elmin alt qatında gizlənir – Psixoloji araşdırma

İntiharların qarşısı fizikanın  qanunları ilə alınmalıdır  


Son dövrlər intiharlar sürətlə artmaqdadır. Azərbaycan kimi  kiçik bir ölkədə  təkcə dünən dörd intihar hadisəsi baş verməsi, problemin ciddiliyindən xəbər verir. İntihar edənlərin sosial tərkibinə nəzər saldıqda, onların  maddi cəhətdən başqalarından heç də aşağı səviyyədə yaşamadığını (bəlkədə çoxundan üstün olduğunu) görmək olur.  Odur ki, bir psixoloq və elmi-lədun bilicisi olaraq, intiharların bu qədər  artmasının sirlərini  araşdırmaq qərarına gəldik.  


Öncə qeyd edək ki, fizikada iki cür enerji növü var: sabit və dəyişən. Müqayisə üçün deyim ki, televizorun ekraranında 2-3 min volt SABİT  cərəyan  olsa da, bu cərəyan insanı öldürmür və faydalıdır: bizə görüntü və informasiya ötürür. Televizorun giriş hissəsində isə, cəmi 220 volt cərəyan olmasına baxmayaraq, bu cərəyan öldürücüdür. Çünki, bu cərəyanın növü DƏYİŞƏN  cərəyandır. 


İnsan da enerji (ruh) daşıyıcısıdır. Ətraf mühitdən insana daim həm sabit, həm də dəyişən (neqativ) enerjilər gəlir. Fərq ondadır ki, bəzən insanın üzərinə güclü neqativ (qara) enerji axını baş verir. Bu qara enerji ruhdakı sabit cərəyanı "dəyişən cərəyan" formasına keçirir. Beləliklə, orqanizmdə   sabitlik pozulur. Bundan sonra insanda ilk növbədə həyəcannlanmalar, qorxular, diksinmələr, qarabasmalar...  baş verir. Daha sonra insan özünə qapanır; sevgisiz, həvəssiz olur; səbəbsiz ağrıları, qəlbində sıxılmaları olur; yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklikdən yıxıldığını hiss edərək oyanır; bəzi  xəstələrdə gecələr tez-tez sidiyə çıxma, yaxud, həzm problemləri olur; bəziləri isə, ətrafından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini, yol gedərkən arxadan izləndiyini hiss edir; səbəbsiz əsəbləşir və səbəbsiz ağlayır. Bütün bunlar aradan qaldırılmadıqca, içindəki dəhşətli sıxıntı onu intihara sövq edir... 


Xəstənin dini inancı olduqa, bu faktor  intiharı bir qədər ləngidir. Çünki, cəhənnəm qorxusu onu bu fikirdən  bir qədər daşındırır.  Lakin, fikir beyindən çıxmır.  


Orqanizmə düşən neqativ enerji güclü olduqda isə, nə dini inanc,  nə də övlad sevgisi insanı intihar fikrindən daşındıra bilmir. Ümumiyyətlə, intihar fikrində olan insanda bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur. Bu hiss onların qəlbindən silinmiş olur. Kompyuterə düşən virus, ondakı fayl və proqramları necə silirsə, neqativ enerji də insanın qəlbindəki məhəbbət hissini, inam hissini elə silir. Bundan sonra  insan heç kəsi sevmir, əks cinsə məhəbbət hissi olmur, hamıya şübhə ilə baxır. Yaxınlarının hər bir xoş hərəkəti onu əsəbləşdirir. 


Belə pasiyentlər klinikalara müraciət edərkən, diaqnostik aparatlar ondakı ağrıların səbəbini tapmaqda çətinlik çəkirlər; bir gün bir, sabah başqa diaqnoz qoyulur. 


Nevroloqlara və psixatrlara  müraciət etdikdə,  bu cür xəstələrə əsasən əsəbsakitləşdirici, psixotrop dərmanlar yazılır. Bu dərmanlar onu bir qədər sakitləşdirsə də, narkotik tərkibli və keyidici olduğundan, asılılıq yaradır və beynin fəaliyyətini getdikcə zəiflədir (beyni keylədirir və əmək qabiliyyətini itirir). Bu cür dərmanların qəbulu intihar fikrini bir qədər ləngitsə də, onları qəbul  etmədikdə təkrar narahatlıq və intihar fikri yaranır... 


Sual yaranır: bəs bu əlamətlər necə aradan qaldırılmalıdır, xəstə necə müalicə olunmalıdır ki, intihar fikrindən daşınsın?

 

Araşdırmalarımız göstərir ki, insanda intihar fikrinin   yaranması nə tibbin, nə də psixologiyanın qanunlarına  uyğundur; əslində  bütün  bunlar fizikanın qanunlarına uğyğun olaraq baş verir və bu elmlə də aradan qaldırılmalıdır (psixologiya elmi buna qadir olsaydı,  Azərbaycanın ən məşhur psixoloqu keçən il intihar etməzdi).  


Bir psixoterapevt və elmi-lədun bilicisi olaraq, intiharların qarşısını almaq üçün çox araşdırmalar apardım. Nəhayət, tester cihazının funksiyası  diqqətimi cəlb etdi.   Fiziklər bu aparatın funksiyalarını yaxşı bilirlər.

 Nəzərinizə çatdırım ki, tester aparatının çoxsaylı funksiyalarından biri də cihazın (məsələn, televizorun) daxilində olan dəyişən cərəyanı sabit cərəyana çevirməkdən ibarətdir.  


 Yuxarıda qeyd  etdim ki, intiharı yaradan başlıca səbəb orqanizmdəki (ruhdakı) sabitliyin pozulmasıdır. Yəni,  enerjinin "dəyişən cərəyan” formasına keçməsidir. Deməli, fizikada enerji hansı qaydada sabitləşdirilirsə, insan orqanizmində də həmin prinsiplə sabitləşdirilməlidir. 


Uzun araşdırmalardan sonra kəşf etdim ki, kompyuter insanın alt kopyası olaraq yaradıldığı kimi, tester cihazı da insanın alt kopyası olaraq yaradılıb. Yəni, testerdə olan bütün funksiyalar əslində insanda da var; sadəcə indiyədək kəşf edilməyibmiş. Elmi-lədun (elmin alt qatı) üsulu ilə bu sirləri kəşf etdikdən onra, nə qədər qəribə də olsa,  artıq  xəstələr  üçün  özüm tester funksiyasını yerinə yetirməyə başladım. Yəni, onlara əlimi vurduqda həm ağrının harada olduğunu təyin edə, həm də insanda dəyişən cərəyanı, sabit cərəyana çevirə bilirəm (eynən testerdə olduğu kimi).


 Bu metodla elə birinci seansda xəstənin gərginliyini aradan qaldırmaq, qəlbində məskən salmış və onu intihara vadar edən şiddətli  sıxıntıları yox etmək mümkündür. Bu vaxt  ruhdakı neqativ enerji yoxa çıxır və insan sakitləşir (sabitləşir). 


Onu da qeyd edim ki, bu metodla tək intihar fikrini deyil,  tibb elminin  müalicəsiz hesab etdiyi bütün xəstəlikləri asanlıqla sağaltmaq mümkündür. 


Onu da bildirim ki, bu müalicə metodunda heç bir tibbi avadanlıqdan və digər cihaz və texnikalardan istifadə olunmur. Sadəcə insan enerjisindən və bir sıra elmi-lədun sirlərdən istifadə edilir. Odur ki, bu müalicə üsulunu istənilən şəraitdə  tətbiq etmək mümkündür.  

Ona görə də qəbuluma gələn xəstələr elə birinci seansdaca intihar fikrindən daşınırlar və qapandıqları otaqdan çıxaraq, cəmiyyətə qaynayıb-qarışırlar... Kompyuterdən silinmiş fayl və proqramlar necə bərpa (vostonovit) olunursa, intihar etmək istəyənin də qəlbindən silinmiş sevgi, məhəbbət hissləri, inam və ümid elə bərpa olunur.   


Onu da qeyd edim ki, neqativ təsirə məruz qalmış və intihar həddinə çatmış adamlarda inam hissi olmadığından, özləri gəlmək istəmirlər. Bəzi hallarda yaxınları tərəfindən zorla gətirilirlər, yaxud, bir çox hallarda məni onların yanına aparırlar... 


O ki, qaldı neqativ enerjinin insan ruhuna haradan, hansı yolla yoluxmasına, bunun bir neçə yoluxma yolu vardır. Bunlardan ən çox yayılanı nəfis, gözdür ki, orqanizmdə sabitliyi pozaraq, bir çox xəstəliklərin yaranmasına səbəb olur.  Lakin, bu forma yüngül olduğundan,  insanı intihara sövq etmir; sadəcə xəstəliyə salaraq, uzun illərdən sonra öldürə bilir. 


Neqativ ("qara”) enerjinin ən ağır forması insana magik təsirlə yoluxur.   Bu, xakerlər tərəfindən  kopyuterə göndərilən virusa bənzəyir – insanın həyatını dondurur və sözün əsl mənasında sıradan çıxarır (özünə qapandıraraq, sonda intihara sövq edir). Bu işlə falçı və cadugərlər məşğul olurlar ki, müqəddəs kitablarda Yaradan bu işlə məşğul olanları lənətləyir. Onların iş prinsipi elmin alt qatına aiddir və əsasən kimyanın (kimyəvi elementlərin) sirləri üzərində qurulur.   Onlara bu sirləri lənətlənmiş varlıqlar öyrədir (bu sirlər dünyəvi elmə aid olmadığından, kimyaçılar onları bilmirlər). 


İntihar etmək istəyən adamlar öz planlarını əsasən ən sakit yerdə və ən sakit vaxtda həyata keçirirlər. Əsasən gecə, yaxud səhərə yaxın, insanlar yuxuda olarkən intihar etməyə çalışırlar. Ona görə də bu cür adamları tək qoymaq olmaz. Çalışmaq lazımdır ki, bu cür özünə qapanan xəstələrin olduğu otağın havası tez-tez dəyişilsin (özləri buna etiraz etsə də), paltarları tez-tez  dəyişilsin və ətirlənsin, tualetə  telefonla girməsin, axşamüstü hamama girməsin... 


Belə xəstələrə  fizikanın qanunlarına əsaslanan   müalicə metodu ilə cəmi üç seans kifayətdir ki, düşdükləri depressiv vəziyyətdən çıxıb, cəmiyyətə qaynayıb-qarışsınlar...


Paylaş:


Müəllif : Baxış :
16832
Tarix:
26-01-2018, 13:52
  


loading...