Atasını baltalayan oğula 13 il HƏBS » Qaynar xəbərlərin tək ünvanı

» » Atasını baltalayan oğula 13 il HƏBS

Atasını baltalayan oğula 13 il HƏBS


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Atasını baltalayan oğula 13 il HƏBS

9 il əvvəl atasını balta ilə öldürməkdə təqsirləndirilən Azər Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Aymobi.com lent.az-a istinadən bildirir ki, hakimlər kollegiyasının hökmünə əsasən, Azər Yaqubov 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 2009-cu ildən hesablanıb.

 

Qeyd edək ki, qətl hadisəsi 2009-cu ildə Sumqayıtda baş verib. Azər Yaqubov atası Şaban Yaqubova yatdığı yerdə balta ilə 3 zərbə vurub.

 

Zərbələrin təsirindən Şaban Yaqubov hadisə yerindəcə keçinib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisəyə səbəb isə Azərin işləməməsi olub. Belə ki, atasının onu tez-tez danlamasını bəhanə gətirərək onu öldürməyi planlaşdırıb. Bu məqsədlə də atasını yatan zaman baltalayıb.

 

Məhkəmə Azər Yaqubovu 2009-cu ildə psixi xəstəliyi ilə bağlı məcburi müalicəyə göndərib. Qanuna görə onun səhhəti normallaşdığı üçün barəsində olan cinayət işi üzrə yenidən məhkəmə istintaqı aparılıb.


Paylaş:


Müəllif : Baxış :
17432
Tarix:
26-01-2018, 13:38
  


loading...

Oxşar Xəbərlər