Günə bir siqaret hansı fəsadlara yol aça bilər? » Qaynar xəbərlərin tək ünvanı

» » Günə bir siqaret hansı fəsadlara yol aça bilər?

Günə bir siqaret hansı fəsadlara yol aça bilər?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Günə bir siqaret hansı fəsadlara yol aça bilər?

London Universiteti kollecinin alimləri gündə bir siqaretin belə ürək-damar xəstəlikləri və insult riskini 50 faiz artırdığını müəyyən edib.


Tədqiqat qrupu zərərli vərdişin insan sağlamlığına ziyanı haqqında 140-dan çox elmi işi təhlil etdikdən sonra belə bir nəticəyə gəlib. Məlum olub ki, gündəlik olaraq çəkdiyi siqaretin miqdarını 20-dən 1-ə azaldan insanlar həyat üçün təhlükəli xəstəliklərin inkişafı ehtimalını yalnız 50 faiz azaldıb.


Ürəyin işemik xəstəliyi riski siqaret çəkməyənlərlə müqayisədə 48 faiz təşkil edir. Habelə siqaret sayını günə 1 ədədə qədər azaldan insanlarda xərçəng riski 95 faiz aşağı düşür.


Mütəxəsislər xəbərdar edir ki, qadınlar üçün xəstəliyə tutulma riski daha yüksəkdir. Gündəlik olaraq 20 siqaret çəkən kişilər və qadınlar ayrılıqda iki qrupa ayrılıb. Qadın qrupunda kişilərlə müqayisədə insult və ürək çatışmazlığı riski ilə üzləşmiş qadınların sayı yeddi nəfər daha çoxdur. Günə bir siqaret çəkənlər qrupunda isə risk faktoru baxımından qadınlar üç nəfər öndədir.


2017-ci ildə amerikalı alimlərin dərc olunan tədqiqat nəticələrinə görə, vaxtaşırı siqaret çəkənlər də gündəlik siqaret çəkənlər kimi oxşar ürək-damar xəstəlikləri riskləri ilə üzləşir.


Paylaş:


Müəllif : Baxış :
17232
Tarix:
26-01-2018, 11:25
  


loading...