21 yaşlı qız özü ilə evləndi » Qaynar xəbərlərin tək ünvanı

» » 21 yaşlı qız özü ilə evləndi

21 yaşlı qız özü ilə evləndi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

21 yaşlı qız özü ilə evləndi

Çində qan xərçəngi olan bir qadın özü ilə evlənib.


21 yaşlı Yanq Cunyan adlı qadın 1 ay əvvəl qəflətən huşunu itirərək yerə yıxılandan sonra xəstəxanada diaqnozunu öyrənib. Özü ilə toy keçirmək arzusu haqqında qız onu xəstəxanada ziyarət etmək üçün başqa bir şəhərdən gələn qardaşına bildirib. Cunyan həmişə bir gəlinlik geyinmək arzusunda olduğunu söyləyib, lakin xərçəng səbəbiylə bunun heç vaxt baş verməyəcəyindən qorxub.


Xəstə qızın qardaşı bunun üçün könüllülərdən kömək istəyib və birlikdə xəstəxanada bir toy mərasimi təşkil ediblər. Binanın koridorunda çəhrayı xalça sərilib, qız tək gəlin paltarında və əlində bir buketlə gəlib. Könüllülər həm də toy tortu da gətirib.


Toy mərasimindən sonra Cunyan onun orqanlarını transplantasiyaya icazə verən sənədləri imzalayıb.


"Mənə çox xeyirxah insanlar kömək edir, çox sağ olsunlar ki onlardan ümid gördüm və daha cəsarətli oldum. Vacib deyil yaxşı olacağam yoxsa yox, artıq qorxmuram", - deyə o bildirib.


Paylaş:


Müəllif : Baxış :
18532
Tarix:
25-01-2018, 15:58
  


loading...

Oxşar Xəbərlər