Sabah paytaxta qar yağacaq - XƏBƏRDARLIQ » Qaynar xəbərlərin tək ünvanı

» » Sabah paytaxta qar yağacaq - XƏBƏRDARLIQ

Sabah paytaxta qar yağacaq - XƏBƏRDARLIQ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sabah paytaxta qar yağacaq - XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı, axşama doğru bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. 


Aymobi.com baku.ws-a istinadən xəbər verir ki, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir. 


Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında.

 

yanvarın 26-da duman olacağı, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 


Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. 


Tibbi-meteoroloji proqnoz.


Yanvarın 26-27-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda yağıntılı hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. 


Xəbərdarlıq.


Yanvarın 26-sı gündüzdən 27-si axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu 3 dərəcəyədək aşağı enəcək.


Paylaş:


Müəllif : Baxış :
23432
Tarix:
25-01-2018, 15:05
  


loading...