Barmaq izlərinin skan edilməsinin yeni texnologiyası hazırlanıb » Qaynar xəbərlərin tək ünvanı

» » Barmaq izlərinin skan edilməsinin yeni texnologiyası hazırlanıb

Barmaq izlərinin skan edilməsinin yeni texnologiyası hazırlanıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Barmaq izlərinin skan edilməsinin yeni texnologiyası hazırlanıb

"Japan Display Inc.” şirkəti tutumlu texnologiya əsasında hazırlanmış, şüşə altında quraşdırılmış daktiloskopik skanerin ilk prototipini təqdim edib. Bu texnologiya təhlükəsizlik sisteminin vacib olduğu müxtəlif devays və qadcetlərə tətbiq ediləcək.


"Pixel Eyes” adlanan skanerin ölçüləri 8x8 millimetr təşkil edir. Sensor çox həssas olduğundan insanın ən kiçik toxunuşlarına belə reaksiya verir.


Qeyd edilib ki, yeni texnologiya Çinin "Vivo” şirkətinin "Synaptics” texnologiyasından fərqlənir. İkinci variant sadəcə ekranın altında quraşdırılmış skanerdir. Yaponiya istehsalçılarının hazırladıqları skaner isə barmaq izlərinin skan edilməsi üçün ayrıca aktiv sahədir. Yeni texnologiyanın tətbiqinə növbəti ildən başlanılacağı bildirilib.


Paylaş:


Müəllif : Baxış :
14032
Tarix:
25-01-2018, 13:23
  


loading...