Xərçəngi qabaqcadan xəbər verən cihaz hazırlanır » Qaynar xəbərlərin tək ünvanı

» » Xərçəngi qabaqcadan xəbər verən cihaz hazırlanır

Xərçəngi qabaqcadan xəbər verən cihaz hazırlanır


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Xərçəngi qabaqcadan xəbər verən cihaz hazırlanır

"Nokia”nın baş direktoru Raciv Suri xərçəng xəstəliyini bir neçə ay əvvəldən xəbər verən qolbaq üzərində çalışdıqlarını bildirib.


Məlumata görə, Davos İqtisadi Forumunda çıxış edən iş adamı portativ skanerlər, 5G rabitəsi və teletibb də daxil olmaqla, tibbin gələcəyindən danışıb.


"Hazırlayacağımız qolbağın köməyi ilə xəstəliyin qarşısını almaq olacaq və biz düşünürük ki, həmin biomarker vasitəsilə xərçəngin əmələ gəlməsinə bir neçə ay qalmış onu öyrənmək mümkün olacaq. Xərçəng xəstələri üçün hər ay və hər gün önəmlidir”, - deyə R.Suri bildirib.


Qolbağın xüsusiyyətlərindən danışan şirkət rəhbəri qeyd edib ki, bu cihaz orqanizmdəki müəyyən informasiyaları, məsələn, qanda xolesterinin, şəkərin və ya süd turşusunun miqdarını skan edəcək. Bu isə həkim müayinələrinə qədər olan boşluğu dolduracaq və həkimləri xəstə haqqında fasiləsiz məlumatla təmin edəcək.


R.Suri əmin olduğunu bildirib ki, 5G rabitənin yaranması ilə distansion cərrahiyyə mümkün olacaq, çünki məlumat mübadiləsində hər hansı gecikmə olmayacaq:


"Təsəvvür edin ki, Çikaqodan olan həkim robotdan istifadə edərək Tayvanda kimisə əməliyyat edir. Ona baş verənlər haqda dərhal hesabat lazım olacaq”. 


Paylaş:


Müəllif : Baxış :
13932
Tarix:
25-01-2018, 13:21
  


loading...