Peşəkar boks qadağan edilə bilər » Qaynar xəbərlərin tək ünvanı

» » Peşəkar boks qadağan edilə bilər

Peşəkar boks qadağan edilə bilər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Peşəkar boks qadağan edilə bilər

İsveçin Əməyin Mühafizəsi Agentliyi ölkədə peşəkar boksla məşğul olmağı qadağan edə bilər. Bu barədə "Boxing Scene" məlumat yayıb.


Qeyd edilir ki, bu, Ümumdünya Boks Super Seriyasının sabiq iştirakçısı Erik Skoqlundun döyüşlərdən birində kəllə-beyin travması alması hadisəsinə görə ola bilər. Travma beyinə qanaxmaya gətirib çıxarıb.


İdmançı əməliyyat edilib və bir müddət medikamentoz koma vəziyyətində olub. Bu yaxınlarda Skoqlundu xəstəxanadan buraxıblar və o, indi ev şəraitində bərpa dövrünü keçir.


İsveç agentliyi bu hadisəni öyrənmək niyyətindədir və nəticələrdən asılı olaraq qəti qərar qəbul edəcək. Ölkədə peşəkar boksla məşğuliyyət bundan əvvəl də ciddi nəzarət altında idi.


Paylaş:


Müəllif : Baxış :
9732
Tarix:
21-01-2018, 13:46
  






loading...