Ana olmaq üçün ən uyğun yaş hansıdır? - ARAŞDIRMA » Qaynar xəbərlərin tək ünvanı

» » Ana olmaq üçün ən uyğun yaş hansıdır? - ARAŞDIRMA

Ana olmaq üçün ən uyğun yaş hansıdır? - ARAŞDIRMA


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ana olmaq üçün ən uyğun yaş hansıdır? - ARAŞDIRMA

İngiltərədə aparılan bir araşdırmada qadınların fiziki və psixoloji baxımdan hansı yaşda ana olmağa uyğun olduqları ilə bağlı qəribə nəticələr ortaya çıxıb.


Aymobi.com həmin nəticələri təqdim edir.


"Royal College" Ginekologiya Birliyinin apardığı araşdırmanın nəticəsinə görə, 20-35 yaş arası ana olmaq üçün ən uyğun zamandır. Bu 15 illik zaman içərisində yumurtalığın döllənməsi daha asan olur. Bu yaşda yüksək təzyiq xəstəsi olma ehtimalı az olduğu üçün hamiləlikdə hər hansı bir təhlükəli durumun olması da azdır. Qadın daha enerjili dönəmdə olduğundan yuxu azlığı və ağır rejim anaya o qədər də təsir etmir. Qeysəriyyə kəsiyi ilə doğum etmə ehtiyacı da çox olmur.


Bəs uşaq yetişdirməyin ideal yaşı hansıdır? Aarhus Universitetinin araşdırmasına görə, 30 və daha yuxarı yaşlar ana olmaq üçün daha ideal yaşdır. Danimarkalı qadınlar üzərində aparılan bu araşdırmaya əsasən, gec yaşlarda uşaq sahibi olmaq daha az davranış problem və duyğu dəyişimi deməkdir. Danimarkada övlad sahibi olma yaşı təxminən 30-39-dur.


Paylaş:


Müəllif : Baxış :
43232
Tarix:
21-01-2018, 11:09
  


loading...