Məşhur aparıcımız Bakının mərkəzindəki yanğın olan binada qalırmış: "Az qalmışdı yanaq" » Qaynar xəbərlərin tək ünvanı

» » Məşhur aparıcımız Bakının mərkəzindəki yanğın olan binada qalırmış: "Az qalmışdı yanaq"

Məşhur aparıcımız Bakının mərkəzindəki yanğın olan binada qalırmış: "Az qalmışdı yanaq"


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın baş verib.


Tanınmış aparıcı, dövlət televiziyasında Musiqi və Əyləncəli Verilişlər Departamentinin baş redaktoru Nurlana Cəfərova yanğın baş verən binada yaşadığını deyib. O, hadisə haqqında sosial şəbəkədə məlumat verib:


"Biz yaşadığımız binada səhər 8-dən yanğın başladı. İnsanlar iri maşınların, polislərin səsinə oyanıb, pəncərədən böyük alovu və tüstünü görüb, bayıra qaçırdı. Hər kəsdən evi tərk etmələri xahiş olundu. Əsən külək yanğına daha da güc verirdi. Bir sözlə, situasiya yaxşı deyildi".


Aparıcının sözlərinə görə, külək güclü olduğu üçün yanğını söndürmək çətin olub:


"Az qalmışdı yanaq. Elə qorxduq ki, evdən tez çıxdıq".


Məlumat üçün bildirək ki, Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumtına görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və yanğın söndürülüb.

Məşhur aparıcımız Bakının mərkəzindəki yanğın olan binada qalırmış: "Az qalmışdı yanaq"


Paylaş:


Müəllif : Baxış :
25532
Tarix:
20-01-2018, 15:52
  


loading...