"Qarabağ"ın Qanlı Yanvar günü doğulan futbolçusu -"Özümə ad günü keçirə bilmərəm" » Qaynar xəbərlərin tək ünvanı

» » "Qarabağ"ın Qanlı Yanvar günü doğulan futbolçusu -"Özümə ad günü keçirə bilmərəm"

"Qarabağ"ın Qanlı Yanvar günü doğulan futbolçusu -"Özümə ad günü keçirə bilmərəm"


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Qarabağ"ın Qanlı Yanvar günü doğulan futbolçusu -"Özümə ad günü keçirə bilmərəm"

Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. Qanlı Yanvar hadisələrindən 28 il ötür.


Azadlığa qovuşduğumuz gün dünyaya göz açan məşhurların sayı da az deyil. Bunlardan biri də "Qarabağ”ın 20 yanvar 1990-cı ildə doğulan futbolçusu Ağabala Ramazanovdur.


Azərbaycan millisinin sabiq futbolçusu Zaur Ramazanovun qardaşı olan Ağabala məhz 20 yanvar hadisələri ilə bağlı 28 ildir ki doğum gününü qeyd etmir.


Hazırda Ağdam təmsilçisi ilə birlikdə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan futbolçu şəhidlərin anıldığı gündə doğum günü qeyd etməyi doğru hesab etmədiyini bildirib:


"Bu gün ölkəmizdə Ümumxalq Hüzn Günüdür. 28 il əvvəl igid oğul və qızlarımız bizə görə canlarından keçib, şəhid olublar. Onların anıldığı bir gündə özümə ad günü keçirə bilmərəm. Heç ailəmdə də doğum günüm qeyd olunmur. Olunanda da 2-3 gün sonra, adi şəkildə qeyd edirik”.


Paylaş:


Müəllif : Baxış :
18532
Tarix:
20-01-2018, 15:18
  


loading...