“Qəbələ”-“Şüvəlan” oyununda hesab açılmayıb » Qaynar xəbərlərin tək ünvanı

» » “Qəbələ”-“Şüvəlan” oyununda hesab açılmayıb

“Qəbələ”-“Şüvəlan” oyununda hesab açılmayıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Qəbələ”-“Şüvəlan” oyununda hesab açılmayıb

"Qəbələ” futbol klubunun əvəzedicilərdən ibarət komandası 2017-2018-ci il mövsümünün ikinci yarısının hazırlığını davam etdirir.


"Qırmızı-qaralar” növbəti yoxlama oyununu keçirib. Qəbələdəki hazırlığı başa vurduqdan sonra paytaxta yollanan Emin İmaməliyevin baş məşqçisi olduğu komanda "Şüvəlan”la görüşüb. Birinci Divizion təmsilçisi ilə matç Bakıdakı "AZAL Arena”da keçirilib və qarşılaşma qolsuz heç-heçə ilə nəticələnib.


Matçdan sonra birgünlük istirahətə buraxılan əvəzedicilər məşqlərini yanvarın 20-də bərpa edəcəklər. Bir gün sonra "Qəbələ” bir yoxlama matçı keçirəcək. Komanda "Keşlə”nin əvəzediciləri ilə qarşılaşacaq.


Xatırladaq ki, "qırmızı-qaralar” Qəbələdə təşkil olunan ilk yoxlama oyununda "Ağsu” ilə qarşılaşıb. Həmin görüşdə birinci Divizion təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.


Paylaş:


Müəllif : Baxış :
17732
Tarix:
19-01-2018, 12:32
  


loading...