“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub » Qaynar xəbərlərin tək ünvanı

» » “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

"Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları ilə tanış olmaq olar.


Qaydalara əsasən ümumi (9-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli test tapşırıqlarından, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan istifadə edilməsi planlaşdırılır. İkinci mərhələdə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə edilməsi nəzərdə tutulur.


Jurnalda, həmçinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, buraxılış imtahanın I və II mərhələləri üçün tapşırıq nümunələri və qiymətləndirmə meyarları, şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər öz əksini tapmışdır.


Jurnaldakı materiallar müəllimlərə buraxılış imtahanı ilə bağlı işlərini düzgün qurmağa, şagirdlərə isə imtahana səmərəli hazırlaşmağa yardımçı olacaqdır.


"Abituriyent” jurnalının xüsusi buraxılışı Azərbaycan və rus dillərində çap olunub. Jurnalı aşağıdakı keçiddə qeyd olunan ünvanlardan əldə edə bilərsiniz: http://www.abiturient.az/index.php?status=elaqe&lang=az


Paylaş:


Müəllif : Baxış :
18832
Tarix:
19-01-2018, 12:23
  


loading...

Oxşar Xəbərlər