Bakalavriat səviyyəsinə qəbulla bağlı sınaq imtahanlarının sayı 2 dəfə artırılıb » Qaynar xəbərlərin tək ünvanı

» » Bakalavriat səviyyəsinə qəbulla bağlı sınaq imtahanlarının sayı 2 dəfə artırılıb

Bakalavriat səviyyəsinə qəbulla bağlı sınaq imtahanlarının sayı 2 dəfə artırılıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Dövlət İmtahan Mərkəzi (DİM) bakalavriat səviyyəsinə qəbulla bağlı bu il sınaq imtahanlarının sayını 2-dən 4-ə çatdırıb.


Aymobi.com xəbər verir ki, keçən illə müqayisədə sınaq imtahanlarının sayı 2 dəfə artırılıb.


Bu il ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün sınaq imtahanlarının 1, 15, 29 aprel tarixlərində və iyun ayında (1 dəfə) keçirilməsi nəzərdə tutulur. Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.


Qeyd edək ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan vətəndaşlarının iki imtahandan birində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.


Paylaş:


Müəllif : Baxış :
16132
Tarix:
18-01-2018, 17:23
  


loading...

Oxşar Xəbərlər