Qurban Qurbanovun qərarı Rusiya mətbuatının gündəmində » Qaynar xəbərlərin tək ünvanı

» » Qurban Qurbanovun qərarı Rusiya mətbuatının gündəmində

Qurban Qurbanovun qərarı Rusiya mətbuatının gündəmində


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Qurban Qurbanovun qərarı Rusiya mətbuatının gündəmində

Dünən "Qarabağ" və Rusiyanın "Kuban" klubları arasında baş tutan matçda futbol meydanlarında nadir hallarda biri yaşanıb.


Aymobi.com milli.az-a istinadən xəbər verir ki, oyunun 40-cı dəqiqəsində türk hakim qonaq komandanın qapısına səhv penalti təyin edib. Bu vəziyyət hər iki komandanın oyunçularını təəccübləndirib. Lakin komandamızın baş məşqçisi Qurban Qurbanov 11 metrlik cərimə zərbəsini yerinə yetirən Mahir Mədətova topu qapıdan kənara vurmasını deyib və gənc oyunçu məşqçisinin tapşırığını yerinə yetirib.


Belə bir jest həm "Kuban" komandasının oyunçuları, həm də oyunu izləyən azarkeşlər tərəfindən alqışlanıb. Rusiya mətbuatı da bu hadisəyə bigəna qalmayıb.


Qeyd edək ki, matç 2:2 hesabı ilə bərabərə bitib.


Paylaş:


Müəllif : Baxış :
16832
Tarix:
18-01-2018, 13:50
  


loading...