Azərbaycanlı məşhur dünyasını dəyişdi » Qaynar xəbərlərin tək ünvanı

» » Azərbaycanlı məşhur dünyasını dəyişdi

Azərbaycanlı məşhur dünyasını dəyişdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Yazıçı-jurnalist Nahid Hacızadə dünyasını dəyişib.


Aymobi.com apa-ya istinadən bildirir ki, bu barədə yazıçı-dramaturq Firuz Mustafa məlumat verib. N.Hacızadə uzun sürən xəstəlikdən sonra yanvarın 18-də dünyasını dəyişib. Mərhum bu gün Binəqədi qəbiristanlığında torpağa tapşırılacaq.


Nahid Hacızadə 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.


Azərbaycan Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru idi. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub.


Nahid Hacızadənin ssenariləri əsasında həm də 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib.

Azərbaycanlı məşhur dünyasını dəyişdi

 


Paylaş:


Müəllif : Baxış :
29732
Tarix:
18-01-2018, 12:18
  


loading...