Kompüter oyununa görə anasını öldürdü » Qaynar xəbərlərin tək ünvanı

» » Kompüter oyununa görə anasını öldürdü

Kompüter oyununa görə anasını öldürdü


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Kompüter oyununa görə anasını öldürdü

Kaliforniyanın şimalındakı Serera şəhərində 28 yaşlı Metyu Nikolson öz doğma anası 68 yaşlı Lidiya Nikolsonu öldürdüyünə görə həbs olunub.


Gözlənilmədən oğlunun qışqırıq səsini eşidən Lidiya onun otağına daxil olub. Həmin vaxt video-oyuna başı qarışan 28 yaşlı kişi uduzduğuna görə bağırmaqda davam edib. Anasının "oğul, nə olub" sualına cavab olaraq Metyu qəzəb içində qulaqlıqlarını sındırıb, sonra isə tapançasını çıxararaq iki dəfə divara, sonra isə anasına atəş açıb.


Amerikalı gəncin 81 yaşlı atası Loren Nikolson atəş səslərini eşidərək otağa yüyürüb və oğlunun əlindəki silahı vurub yerə sala blib. Bundan sonra dərhal təcili yardım və polis çağırıb. Ancaq 68 yaşlı ananı xilas etmək mümkün olmayıb. O, başından aldığı güllədən xəstəxana yolunda keçinib. "Müasir və azad" oğul isə öz avtomobilində qaçaraq qonşu şəhərdə qohumlarının evində gizlənsə də, polis onu yaxalaya bilib.


Paylaş:


Müəllif : Baxış :
14532
Tarix:
17-01-2018, 09:57
  






loading...

Oxşar Xəbərlər