Sabah hava NECƏ OLACAQ? » Qaynar xəbərlərin tək ünvanı

» » Sabah hava NECƏ OLACAQ?

Sabah hava NECƏ OLACAQ?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakıda və Abşeron yarımadasında yanvarın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Aymobi.com publika.az-a istinadən bildirir ki, cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3, gündüz 5-7, Bakıda gecə 1-3, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.


Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək. Sabah rayonlarda da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.


Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.


Yanvarın 17-19-da Abşeron yarımadasında qış fəsli üçün səciyyəvi olan hava şəraiti müsbət amil olsa da, atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.


Paylaş:


Müəllif : Baxış :
21132
Tarix:
16-01-2018, 16:46
  


loading...