Azərbaycanda daha bir neçə bank bağlanacaq » Qaynar xəbərlərin tək ünvanı

» » Azərbaycanda daha bir neçə bank bağlanacaq

Azərbaycanda daha bir neçə bank bağlanacaq


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Azərbaycanda daha bir neçə bank bağlanacaq

Bankların milli valyutada likvidlik problemi davam edir


"Azərbaycanda bank sektorunun konsolidasiyası 2018-ci ildə də davam edəcək".


Aymobi.com bildirir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyindən bildirilib.


Agentliyin mütəxəssisləri qeyd edir ki, problemli banklarla bağlı əsas məsələ kapital çatışmazlığıdır. "Manatın devalvasiyasından sonra problemli bankların aktivlərinin keyfiyyəti pisləşib. Hal-hazırda bağlanmaq təhlükəsi ilə üzləşən banklar səhmdarlar və daha güclü bazar iştirakçıları tərəfindən kapital inyeksiyası həyata keçirilməsinə baxmayaraq minimum kapital adekvatlığı əmsalına cavab verməyən banklardır. Buna görə də sektorun zəif oyunçuları 2018-ci ildə bazarı tərk edəcək", - deyə "Moody's"dən bildirilib.


Agentlikdən verilən açıqlamada o da qeyd olunub ki, hal-hazırda Azərbaycanın bank sektoru ilə bağlı proqnoz neqativdir:

 

"Bu proqnoz onu göstərir ki, mövcud şəraitdə banklar ödəmə qabiliyyəti riskləri ilə üzləşməkdə davam edəcək. Neft qiymətlərinin yüksəlməsi tədricən iqtisadi inkişafa və manatın məzənnəsinin sabitləşməsinə dəstək olub. Buna baxmayaraq, bankların milli valyutada likvidlik problemi davam edir. Bundan başqa, problemli kreditlərinin həcmi də yüksək olaraq qalır".


Paylaş:


Müəllif : Baxış :
10732
Tarix:
16-01-2018, 16:30
  






loading...