12 dərəcə şaxta olacaq, qar yağacaq » Qaynar xəbərlərin tək ünvanı

» » 12 dərəcə şaxta olacaq, qar yağacaq

12 dərəcə şaxta olacaq, qar yağacaq


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.


Aymobi.com bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən sonxeber.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.


Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.


Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.


Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.


Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.


Paylaş:


Müəllif : Baxış :
45932
Tarix:
15-01-2018, 17:18
  


loading...