Azərbaycanda yol polisi ilə dalaşan şəxs, üstünə benzin töküb özünü yandırdı » Qaynar xəbərlərin tək ünvanı

» » Azərbaycanda yol polisi ilə dalaşan şəxs, üstünə benzin töküb özünü yandırdı

Azərbaycanda yol polisi ilə dalaşan şəxs, üstünə benzin töküb özünü yandırdı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bu gün günorta saatlarında Ağdaş rayonunda intihara cəhd olub.


Aymobi.com lent.az-a istinadən xəbər verir ki, Ağdaş şəhərinin Heydər Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında Xosrov kənd sakini, 1983-cü il təvəllüdlü Söhbətov Həsənağa Böyükağa oğlu üzərinə benzin tökərək özünü yandırıb.


O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə şahidləri bildiriblər ki, Həsənağa Söhbətov yol polisi əməkdaşları ilə mübahisə edəndən sonra özünü yandırıb. Belə ki, yol polisi əməkdaşı onun barəsində cərimə protokolu yazıb.

 

Bundan sonra mübahisə daha da böyüyüb və polis əməkdaşları H.Söhbətovu şöbəyə aparmaq istəyib. Bununla razılaşmayan 35 yaşlı kişi özündən çıxıb və əsəbi halda üstünə benzin tökərək özünü yandırıb.


Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Baxış :
8532
Tarix:
15-01-2018, 17:15
  






loading...