NZS qəsəbə sakinləri ayağa qalxdı: Yolu bağlayacağıq » Qaynar xəbərlərin tək ünvanı

» » NZS qəsəbə sakinləri ayağa qalxdı: Yolu bağlayacağıq

NZS qəsəbə sakinləri ayağa qalxdı: Yolu bağlayacağıq


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

NZS qəsəbə sakinləri ayağa qalxdı: Yolu bağlayacağıq

Xəbər verdiyimiz kimi Babək prospektində yenidənqurma və tikinti işləri ilə əlaqədar olaraq hərəkət qismən məhdudlaşdırılıb.


Aymobi.com sonxəbər.az-a istinadən xəbər verir ki, yolun bir tərəfinin bağlanması digər nəqliyyat vasitələrinin alternativ, ara yollarla hərəkət etməsi ilə nəticələnib ki, bu da ciddi problemlər yaradıb. NZS qəsəbə sakinlərininr edaksiyamıza verdiyi məlumata görə Babək prospektində hərəkətin qismən məhdudlaşdırılması onlara ciddi ziyan vurub. Belə ki, öz büdcələri hesabına yolu asfalt etdirsələr də son günlər avtobusların və ağır tonnajlı maşınların həmin yollarla hərəkəti yolun asfalt örtüyünü yararsız hala salıb.


Redaksiyamıza daxil olan digər müraciətdə isə həmin istiqamətdə kanalizasiya borularının ağır tonnajlı maşınların çəkisinə tab gətirmədən partladığını və kanalizasiya suyunun ətrafa toplanması ilə nəticələnib.


Məsələ ilə bağlı aidiyyatı qurumlarla əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verilməyib.


Qeyd edək ki, NZS qəsəbə sakinləri belə davam edəcəyi təqdirdə yolu bağlayacaqlarını və bu istiqamətdə hərəkəti məhdudlaşdıracaqlarını bildiriblər.


Paylaş:


Müəllif : Baxış :
17932
Tarix:
15-01-2018, 16:43
  


loading...