Əməkdar artist Fransada konsert verdi - fotolar » Qaynar xəbərlərin tək ünvanı

» » Əməkdar artist Fransada konsert verdi - fotolar

Əməkdar artist Fransada konsert verdi - fotolar


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Əməkdar artist Fransada konsert verdi - fotolar

Fransanın paytaxtı Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Əməkdar artist İsfar Sarabskinın konserti olub. 


Aymobi.com report-a istinadən xəbər verir ki, konsert Azərbaycanın Fransadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub.


Azərbaycanlı pianoçunun ifa etdiyi "G-Man”, "Planets”,"Edge” və digər bəstələri konsert iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb. Onu basda Morizio Kongiu, zərb alətlərində Patrik Qoraguer müşayiət ediblər. 


İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya və Gürcüstanda keçirilən festivallarda iştirak edib. 2009-cu ildə Montrö Caz Festivalının qalibi olub. 28 yaşlı musiqiçi "Novruz”, "G-Man”, "Generation”, "Edge”, ”Deja Vu”, "Last Chance”, "Agent”, "Now I’m Here”, "Buta”, "In Memory of V.Mustafazade” və digər əsərlərin müəllifidir.

Əməkdar artist Fransada konsert verdi - fotolar

Əməkdar artist Fransada konsert verdi - fotolar

Əməkdar artist Fransada konsert verdi - fotolar


Paylaş:


Müəllif : Baxış :
18232
Tarix:
15-01-2018, 14:28
  


loading...