Ağız qoxusunu yox edir, dişləri ağardır... – Bu yağla » Qaynar xəbərlərin tək ünvanı

» » Ağız qoxusunu yox edir, dişləri ağardır... – Bu yağla

Ağız qoxusunu yox edir, dişləri ağardır... – Bu yağla


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ağız qoxusunu yox edir, dişləri ağardır... – Bu yağla

Hazırda bütün dünyada insanlar arasında ən geniş yayılan sağlamlıq fəaliyyətlərindən biri ağızda yağla qarqara (oil pulling) üsuludur. Aymobi.com yağla qarqaranın saymaqla bitməyən faydalarını diqqətinizə çatdırır.


Yağla qarqaranın faydaları:


- Diş çürüklərini müalicə edir


- Ağız qoxusunu yox edir


- Diş əti qanamalarının qarşısını alır


- Ürək narahatlıqlarını aradan götürür


- İltihab yaranmasını əngəlləyir


- Dişləri ağardır


- Yağ diş ləkələrini apararaq ləkələri yox edir


- Boğaz ağrılarına faydalıdır


- İmmuniteti gücləndirir


- Damağı gücləndirir


Detoks təsirli kəşf


Bu, Hindistanda təmizləyici və detoks təsirli bir proses olaraq kəşf edilib. Yağla qarqara təbii yağların ağızda bir neçə dəqiqə çalxalanaraq, ağız içərisindəki bakteriyaların yox edilməsidir. Qarqara əsnasında ağız içi bakteriyalar bu yağa yapışır və yağ – qida artığı və bakteriya tüpürülərək orqanizmdən atılır.


Yağdan necə istifadə etməli?


İstifadə etdiyiniz yağ ağız içi təbəqəyə əmiləcəyindən orqanik yağ istifadə etməniz daha məsləhətdir. Bu prosesə günorta yeməyindən sonra, yatmazdan qabaq, ya da səhərlər başlamaq olar. Adətən yağla qarqara səhərlər acqarına edilir.


Kakosyağıilə qarqara


Kakos yağı ilə qarqara ağız içi bakteriyalarını yox edərək, ağız və damaq sağlamlığına əhəmiyyətli bir fayda qatar. Bu vasitə ilə daha sağlam bir ağız içinə və ağappaq dişlərə nail ola bilərsiniz.


Təxminən bir xörək qaşığı kakos yağını ağzınıza alın. Üz və boğaz əzələlərini istifadə edərək ağzınızda çalxalayın. Ağzınızdakı yağ tüpürcəklə qarışdıqda daha asan çalxalanacaq.


Bir neçə dəqiqəlik qarqaradan sonra ağzınızda yemək qalıqları, bakteriya və digər istənməyən maddələr bu yağa qarışır. Yağı tüpürdükdən sonra ağzınızı ilıq su ilə çalxalayın.


Bununla yanaşı yağla qarqarada susam yağı, zeytun yağı da faydalıdır.


Paylaş:


Müəllif : Baxış :
19732
Tarix:
15-01-2018, 13:39
  


loading...