Bakıya sulu qar yağacaq - SABAH » Qaynar xəbərlərin tək ünvanı

» » Bakıya sulu qar yağacaq - SABAH

Bakıya sulu qar yağacaq - SABAH


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakıya sulu qar yağacaq - SABAH

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir, gecə və axşam bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var.

 

Aymobi.com bildirir ki, arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. 


Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 3-5, Bakıda gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 771 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.


Paylaş:


Müəllif : Baxış :
8732
Tarix:
13-01-2018, 13:35
  






loading...