Bitlər insanı uğura necə aparır - psixoloji sirr... » Qaynar xəbərlərin tək ünvanı

» » Bitlər insanı uğura necə aparır - psixoloji sirr...

Bitlər insanı uğura necə aparır - psixoloji sirr...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bitlər insanı uğura necə aparır - psixoloji sirr...

Bitlər bütün canlıların içərisində öz boyundan maksimum məsafədə hündürlüyə atlana bilməsi ilə rekord vurur. Belə ki, onlar öz boyundan 100 dəfə çox məsafəyə tullana bilirlər. Amma psixoloqlar boy nisbətinə görə ən çox məsafəyə tullanan bu həşəratları da zərərsizləşdirib müəyyən baryerdən o tərəfə çıxmağa qoymayıblar. Belə ki, bu istiqamətdə iki eksperiment aparılıb. Əvvəlcə bitləri isti, qızdırılmış dəmir üzərində qoyub tullanmaqlarını müşahidə ediblər. O zaman görünüb ki, 60 sm-dən çox tullana bilmirlər. 


İkinci eksperiment ondan da ağır olub. Belə ki, bitləri hündürlüyü 30 sm olan qaba salıb ağızlarını örtüblər. Bu zaman xeyli vurnuxan bitlər, qabın qapağına dəydiklərini hiss edib 29 sm-dən çox hündür qalxmayıblar.


Daha sonra bitləri həmin qabdan çıxarıb açıq havada tullanmaqlarını müşahidə edərkən görürlər ki, bitlər yenə də 29 sm məsafədən o tərəfə qalxa bilmir.


NƏTİCƏ: burada əslində insanlar üçün gərəkli olan və həyatlarında mütləq tətbiq ediləsi incə mətləblər var. Belə ki, mövcud şəraitdə əngəllə ( 30 sm-lik baryerlə) qarşılaşan bit o şəraitin əsirinə çevrilir. Daha sonradan şərait dəyişsə də (açıq havaya çıxsa da) o öz üçün qurduğu xəyali Baryerdən qurtula bilmir. İnsan da eynilə elədir.


Nə zamansa üzləşdiyimiz ağır əngəlli şərait bizə xəyali baryer qazandırıb. Biz də bu gün həyatımızda özümüzü kəşf edib, kimlərinsə yanında təsdiqləmək üçün həmin baryerləri aşa bilmirik. Beynimizdəki "bit baryerini” öldürək və birdəfəlik başa düşək ki, xəyali əngəlləri özümüz-özümüz üçün yaratmışıq. Biz bacardığımızdan daha uzağa "tullana”, yəni məqsədə doğru hərəkət edə bilərik!


Paylaş:


Müəllif : Baxış :
13432
Tarix:
13-01-2018, 11:46
  






loading...