Qadının dizindən çıxanlar həkimləri heyrətləndirdi - FOTO » Qaynar xəbərlərin tək ünvanı

» » Qadının dizindən çıxanlar həkimləri heyrətləndirdi - FOTO

Qadının dizindən çıxanlar həkimləri heyrətləndirdi - FOTO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

51 yaşlı qadının dizindən çıxanlar hər kəsi təəccübləndirib.


Türkiyənin Konya şəhərində yaşayan Nərmin Uzbaş ayaq və diz ağrıları ilə xəstəxanaya müraciət edib. Aparılan araşdırmalar zamanı qadının dizlərində çoxlu qığırdaq parçalarının olduğu anlaşılaraq əməliyyat qərarı verilib.


Əməliyyatı həyata keçirən ortopedik və travmatologiya mütəxəssisi Bilgəhan Atanın sözlərinə görə, xəstənin dizindən 967 ədəd sümük və qığırdaq parçaları çıxarılıb:


"Xəstəxanaya gələn zaman ağrıları şiddətli formada idi. Dizindən 256-sı böyük olan 967 ədəd daşlaşmış parçalar çıxartdıq. Bu qədər çox olması təəccübləndirdi. Bir–iki ədədin görünməsi normal haldır, ancaq, bu qədər olmasına inana bilmədim. Həkimlərimiz belə saya bilmirdi. Xəstənin vəziyyəti hazırda normaldır."


Bəs türklərdə "Eklem faresi" adlandırılan daşlaşmış qığırdaq və sümük parçaları nədir?


Bu ağrılar hansı səbəbdən yaranır?


Həkim Atanın sözlərinə görə, oynaq daşları bəzən yıxılmaq, zədələnmək, idman fəaliyyətlərindən sonra yarana bilər:


"Dizdə ağrı, şişlik, səs gəlməsi, hərəkət əksikliyi varsa, səbəbi bu xəstəlik ola bilər. Öncələr belə xəstələri açıq əməliyyat edirdik. Hazırda inkişaf etmiş tibb də qapalı əməliyyat etməyə imkan verir".


Həkim insanlara həmçinin ağrıları artmamış həkimə müraciət etməyi tövsiyə edib.

Qadının dizindən çıxanlar həkimləri heyrətləndirdi - FOTO

Qadının dizindən çıxanlar həkimləri heyrətləndirdi - FOTO

Qadının dizindən çıxanlar həkimləri heyrətləndirdi - FOTO


Paylaş:


Müəllif : Baxış :
9932
Tarix:
12-01-2018, 17:44
  






loading...

Oxşar Xəbərlər