Güləşçimiz Rusiya idmançısı kimi təqdim olundu - FOTOFAKT » Qaynar xəbərlərin tək ünvanı

» » Güləşçimiz Rusiya idmançısı kimi təqdim olundu - FOTOFAKT

Güləşçimiz Rusiya idmançısı kimi təqdim olundu - FOTOFAKT


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Güləşçimiz Rusiya idmançısı kimi təqdim olundu - FOTOFAKT

Aymobi.com oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan idmançıları artıq 3-cü mövsümdür ki, Hindistanda sərbəst güləş üzrə kişi və qadınlar arasında keçirilən Pro Restlinq Liqada (Pro Wrestling League) mübarizə aparır.


Üçqat dünya çempionumuz Hacı Əliyev və Aslanbəy Alborov "Dehli Sultanları" (Delhi Sultans) klubunda, digər güləşçimiz Cəmaləddin Məhəmmədov isə "Danqal" komandasında çıxış edir.


Lakin təşkilatçılar idmançılarımızdan Cəmaləddin Məhəmmədovla bağlı texniki səhvə yol veriblər. Belə ki, o, turnirin saytında Rusiya idmançısı kimi təqdim olunub.


Sabuhi Musayev adlı şəxsin şəkli.Qeyd edək ki, "Dehli Sultanları" ilk turda "Mambey Maharathi" komandasına uduzub – 41:54. 92 kq çəki dərəcəsində mübarizə aparan Aslan Alborov Kadian Satyavarta 15:0 qalib gəlib. 65 kq çəkili üçqat dünya çempionumuz Hacı Əliyev isə Toğrul Əsgərovun Olimpiadanın finalında uduzduğu rusiyalı Soslan Ramonova 2:3 yenilib.


Cəmaləddin Məhəmmədovun komandası isə "Pəncab Kralları"na (Punjab Royals) 40:33 hesabı ilə qalib gəlib. 125 kq-da çıxış edən ağır çəkili legionerimiz gürcü Ceno Petriaşviliyə 3:4 uduzub. Bu nəticələrdən sonra altı komandanın iştirak etdiyi turnirdə "Danqal" 2 xalla lider, xalsız "Dehli Sultanları" isə sonuncu pillədə qərarlaşıb.

Güləşçimiz Rusiya idmançısı kimi təqdim olundu - FOTOFAKT


Paylaş:


Müəllif : Baxış :
6632
Tarix:
12-01-2018, 16:41
  






loading...