Köhnə kasetlər geri qayıdır -TEZLİKLƏ » Qaynar xəbərlərin tək ünvanı

» » Köhnə kasetlər geri qayıdır -TEZLİKLƏ

Köhnə kasetlər geri qayıdır -TEZLİKLƏ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Köhnə kasetlər geri qayıdır -TEZLİKLƏ

CD-lərin,  kompakt disklərin bazara çıxması ilə birlikdə kasetlər də tarixə düşdü.  

 

Aymobi.com xarici mətbuata istinadən xəbər verir ki, kasetlər yeni görkəmilə bazarı zəbt edəcək.  


"Nielsen Media Research Music Yer-End Report"a (Nielsen Media Araşdırması Musiqi İl-Sonu Hesabatı) görə, 2017-ci ildə ABŞ-da radio kasetlərinin  satışı 35 faiz artaraq 174 minə çatıb. Bu da 2012-ci ildən bəri kasetlər üçün ən yaxşı il deməkdir. 


Val satışlarında da artımın hiss edildiyi bildirilir. Vallar 2017-ci ildə albom satışlarının 14 faizini təşkil edir. Media serverlər əsasən köhnə kasetlərə qayıtmağı üstün bilirlər. 

 

2017-ci ildə  internet üzərindən 250 milyarddan çox musiqi yayımlanıb. Bu da 58.7 faiz artım deməkdir. Ancaq həm fiziki, həm də rəqəmsal formatlar üçün ümumi albom satışları azalmağa davam edir.


Paylaş:


Müəllif : Baxış :
6232
Tarix:
12-01-2018, 15:18
  






loading...