Sabahın havası meteohəssas insanlarda narahatlıq yarada bilər - XƏBƏRDARLIQ » Qaynar xəbərlərin tək ünvanı

» » Sabahın havası meteohəssas insanlarda narahatlıq yarada bilər - XƏBƏRDARLIQ

Sabahın havası meteohəssas insanlarda narahatlıq yarada bilər - XƏBƏRDARLIQ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sabahın havası meteohəssas insanlarda narahatlıq yarada bilər - XƏBƏRDARLIQ

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.


Aymobi.com bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən mətbuat.az-a verilən məlumata görə, yanvarın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.


Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında yanvarın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.


Tibbi-meteoroloji proqnoz


Yanvarın 13-15-də Abşeron yarımadasında nisbətən dəyişkən hava şəraiti və arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.


Paylaş:


Müəllif : Baxış :
8232
Tarix:
12-01-2018, 13:31
  






loading...