Güzəştli kreditləri bu şəxslər ala biləcək » Qaynar xəbərlərin tək ünvanı

» » Güzəştli kreditləri bu şəxslər ala biləcək

Güzəştli kreditləri bu şəxslər ala biləcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Mən bu barədə dəfələrlə danışmışam və praktiki addımlar atılır. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi bu il davam etdiriləcək. Bu məqsədlər üçün 170 milyon manat kredit resursu təmin ediləcək”.


Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

 

Aymobi.com mətbuat.az-a istinadən xəbər verir ki, sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi bu il daha da təkmilləşdiriləcəkdir:


"Kredit alacaq sahibkarlara həm dövlət zəmanətinin verilməsi və kredit faizləri üçün subsidiyaların verilməsi bu kreditləri sahibkarlar üçün daha əlverişli və əlçatan edəcək. 2018-ci il ölkədə iqtisadi aktivlik yüksələcək. Kənd təsərrüfatı sahəsində layihələrin getdikcə daha da artması və gəlir gətirməsi proqnozlaşdırılır. Turistlətin ölkəyə axınının artması xidmət sahəsində həyata keçiriləcək layihələri cəlbedici edəcək. Köməkçi sənaye sahələrinin məhsullarına xeyli tələbat yaranacaq. Həm də bu sahələrin xammal tələbatını ödəyəcək zavodların yaranması bu sahələrdə layihələri gəlirli edəcək. Məsələn, "Socar Polymer” zavodunun bu il fəaliyyətə başlaması plastik məmulatlar istehsalı layihələrini xeyli cəlbedici edəcəkdir. İnternetin ölkədə iştirakı innovativ layihələr və start ap layihələrini hər zaman cəlb edici edir. Belə layihələrə investisiya yatırmaq hər zaman riskli olsa da, amma nəticələri xeyli gözlənilməz ola bilər”.


İqtisadçı Rəşad Həsənov hansı sahibkarlara güzəştli kreditlərin verilə biləcəyindən danışıb:


"Biznes planı olmayan hər hansı sahibkar krediti ala bilmir. İlkin olaraq fəaliyyətin sitiqamətləri haqqında biznes planı hazırlanmalıdır. Buna uyğun olaraq, Sahibkarlara Kömək Milli Fondu tərəfindən güzəştli kreditldən istifadə imkanı yaranır. Bildiyimiz kimi, hazırda da Kredit Zəmanət Fondu yaradılıb. Kredit Zəmanət Fondu həm kreditlərə zəmanətin verilməsi, eyni zamanda mexanizmin təşviqində kredit faizlərinin müəyyən bir hissəsini subsidiyalaşdırılması yolu ilə güzəştli kreditlərin verilməsinə kömək edəcək. Yəni, bu qurumlar növbəti dövrlərdə kredit xərclərinin müəyyən qədər azaldılmasına və güzəştli kreditin əlçatanlığının artırılmasını təmin edəcək”.


Sahibkarların əldə etdikləri güzəştli kreditlərin hansı istiqamətlərə yönləndirilməsi daha məqsədəuyğundur?


İqtisadçı əlavə etdi:


Kənd təsərrüfatı sahəsi

Hazırda daha çox yüngül və yeyinti sənayesi, eyni zamanda kənd təsərrüfatı daha prioritet istiqamətlərdir. Xüsusilə də, kənd təsərrüfatı daha çox ixrac potensiallıdır. Burada ilkin dövrlərdə məhsulun istehsalat prosesi, eyni zamanda onun ixracı, bazarların tapılması imkanları daha genişdir. Düşünürəm ki, bu istiqamətdə sahibkarlar müəyyən fəaliyyətlər həyata keçirə bilərlər.


Turizm sektoru

Eyni zamanda, ölkədaxili qonşu turizm sektoru ilə bağlı Ölkə Başçısı çıxışında bildirdi ki, 2016-cı illə müqayisədə 2017-ci ildə ölkəyə 500 mindən artıq turist gəlib. Bu, kifayət qədər ciddi bir rəqəmdir. Belə bir şəraitdə turizm sektorunda yeni çağırış və imkanlar formalaşır. Sahibkarlar daha keyfiyyətli və çevik xidmətlər təklif etməklə turizm bazarında öz fəaliyyət imkanlarını artıra bilərlər. Bu istiqamətlər hazırda daha çox prioritetdir.


Ağır sənaye

Sənayenin digər sahələri – ağır sənaye və s. Bu, nisbətən ağır sahələrdir və hazırki şərtlər daxilində güzəştli kreditlərin imkanları çərçivəsində həll edilə biləcək məsələlər deyil. Amma buna baxmayaraq, bu sferalarda fəaliyyət göstərən iri sahibkarlar da qeyd edilən imkanlardan istifadə edə bilərlər.


Dərman sənayesi

Azərbaycanda hazırda ən çox boşluq olan sahələrdən biri də dərman istehsalı ilə bağlı olan sahədir. Bu sənaye çox zəif inkişaf edib. İstehlak olunan məhsulların 95%-dan artığı idxal təyinatlı məhsullardır, xarici ölkələrdən gətirilir. Azərbaycan bazarında hazırda yerli istehsal olunan məhsullar yox səviyyəsindədir. Bu isə yeni imkanlar ortaya qoyur. Bu sahədə rəqabət qabiliyyətli, keyfiyyətli və standatlara uyğun məshul istehsalı təmin edilərsə, bu fəaliyyətlə məşğul olan sahibkarlar da ciddi uğurlar əldə edəcəklər”.


Paylaş:


Müəllif : Baxış :
5832
Tarix:
11-01-2018, 16:32
  






loading...